Xınalığın bərpa olunmuş evləri | FOTOLAR+VİDEO

   Xınalığın bərpa olunmuş evləri    | FOTOLAR+VİDEO
  09 Oktyabr 2024    Oxunub:280
Dövlət Turizm Agentliyinin təşəbbüsü ilə 2020-ci ildən etibarən Xınalıq kəndində qəzalı vəziyyətdə olan 60 evin bərpası üçün layihələndirmə işlərinin aparılıb. 41 ev tamamilə təmir-bərpa olunaraq əhalinin istifadəsinə verilib. Növbəti iki ildə daha 19 evin təmir-bərpası planlaşdırılır.

Xınalıq kəndindəki evlər əsasən iki mərtəbədən ibarət olduğu üçün, ümumilikdə ev üzrə təmir bərpa olunan sahə kifayət qədər genişdir və 18 min kv. metrdən çox ərazini əhatə edir.


İşlərin aparılmasında əsas çətinliyin Xınalıq kəndinin dağlıq relyefə və sərt iqlimə malik olması, buradakı hava şəraitinin ilin yalnız 5 ayında (may-sentyabr) tikintinin aparılmasına imkan verməsi ilə bağlıdır.


Mürəkkəb relyef və çətin hava şəraiti ilə yanaşı, öncədən planlaşdırılan iş həcminin sonradan artması da inşa işlərinin uzanmasına və daha çox maliyyə vəsaitinin xərclənməsinə səbəb olur. Belə ki, Xınalıq kənd sakinlərinin çoxsaylı müraciətləri əsasında onların daha rahat şəraitin yaradılması məqsədilə, öncədən layihədə nəzərdə tutulmayan tikililərin - təndirxanalar, sanitar qovşaqları, heyvanların saxlanması üçün tövlələr və s. inşası da sonradan işlərə əlavə edilib ki, bunlar da yekunda xərclərin ciddi artımına yol açıb.


Dünya İrs Komitəsinin tövsiyələri əsasında Xınalıq memarlığının atributlarını qorumaq məqsədilə bərpa-təmir işlərində yüksək qiymətli xüsusi tikinti materiallarından istifadə olunması da xərclərə təsir edən amillərdən biridir.





Məhəmmədəli Həsənli
AzVision.az



Teqlər: Xınalıq  





Xəbər lenti